İdmanda müasir tədris

11 min read


İdman yaranışından insanın psixi və fiziki sağlamlığına xidmət edən bir vasitədir. Ancaq
təssüflər olsun ki, bu gün idmanı bəzi ölkələrdə şouya, biznesə çeviriblər. Bəzi ölkələrdə isə
idmana bir məşquliyyət, oyun və birincilik kimi baxırlar. İnsanların idmana yuxarıdakı əqidəylə
yanaşması insanlarıda, idmanıda öz məqsədindən uzaqlaşdırır və idmandan insanlığın almalı
olacaq faydasını heçə endirir. Fikrimcə biz idmana insanlıq üçün şəxsiyyət yaradan bir vasitə
kimi baxmalıyıq.
Biz isə idmana bekarçılıqdan bizi xilas edən bir məşquliyyət və ya oyun kimi baxırıq, demək
onun tədrisidə elə məşquliyyət və oyun kimi tədris olunacaq. Təssüflər olsun ki, bu gün idmana
yanaşma deyilmiş formadadır. Hətta idmanın elmi tərifindədə bunu görmək mümkündü: İdman
xüsusi qanunlardan ibarət olan şəxsiyyətlər arasında əqli, ruhi və fiziki fərqi müəyyənləşdirən
məşquliyyət və ya oyundu. Bu gün idmana baxışın dəyişməsinin nəticəsidir ki, idman əvvəlki
qədər insanlığa şəxsiyyətlər verə bilmir. İdmanda əvvəllər olduğu kimi dəfələrlə dünya olimpiya
çempionları olanlar azdı.
Bu onun nəticəsidir bu gün idmanda mənəvi və əxlaqi dəyərlər tədris olunmur. Səbəblərdən
biridə idmanda idealogiyanın dəyişməsidir. Əgər yaxın keçmişdə idman vətən, xalq, insanlıq və
dünya naminə olan bir hərəkat idisə, indi idman komersiya, biznes və birincilik naminə olan
hərəkata çevrilmişdir. Elə bunun nəticəsidir ki, idmançıların mənəvi əxlaqi və iradi dəyərləri
aşağı düşmüşdür. İnsanı yüksəldən idmançı əxlaqı dəyişmişdir. Bunun nəticəsində isə qoruyan,
quran, yaradan və yaşadan idmançı özüdə hiss etmədən ədalətsiz oyunların qurbanına çevrilir və
sonradan özüdə ədalətsizlik edir. Bu dediklərimi dünya idmanında müşahidə edərək qərara aldım
ki, müasir idmanı dünya idmanına təqdim edim. Bunun üçün professional güləş klubu “İgid” adlı
məktəbi təsis etldim. İlk işim məktəbin binasını təmir etdim və klubu istifadəyə hazırladım.
Klubda dörd zal planlaşdırıldı. Bunlardan praktik tədris üçün böyük güləş zalı və fərdi
hazırlıq üçün isə mini zal yaradıldı. Eləcədə nəzəri hazırlıq üçün isə partalar və lövhəylə təchiz
olunmuş xüsusi zal yaradıldı. Açıq havada fiziki hazırlıq alətləri, çimərlik güləşi üçün xüsusi yer
yaradıldı eyni zamandada mini futbol stadionunu qurduq. Sonuncu zal fiziki hazırlıq üçün olan
zal oldu ki, onuda müasir tələbə uyğun səviyyədə qurub yeniyetmələrin istifadəsinə verdik.
İkinci işim kuluba yeniyetmə idmançılar yığmaq oldu. Bunada özünə məxsus bir yolla
yanaşdıq. Biz valideyinlərə müraciət hazırlayaraq ətraf məktəblərdə və evlərdə valideyinlərlə

görüşürdük. Biz valideyinlərə ünvanlanmış müraciətləri təqdim edərək klubun fəaliyyətinin
məqsədini onlara izah edirdik. Bununla idmana şüurlu yanaşmaya həm valideyinləri həm də
yeniyetmələri cəlb etmiş olurduq. Valideyinlərlə yaratdığımız ünsiyyət əlaqəsi bizə dərslərdə
davamiyyətin və təlim, tərbiyənin yaradılmasında çox böyük köməklik göstərirdi.
Görülən işlərin üçüncü mərhələsi klubun idealogiyasın yaratmaqdan ibarət oldu. Bunun üçün
biz sülh və əminamanlıq simvolu olan ağ bayraq hazırladıq. Bayrağın üzərini birlik rəmzi olaraq
idmançıların əl – ələ tutmuş birliyini numayiş etdirən simvolik bir rəmzi şəkillə tamamladıq.
İdealogiyanın əsas işlərindən biri ədalətli və həmrəyliyi özündə nümayiş etdirən “İgid”
klubunun embilemasını yaratmaq oldu. Emblemanın üzərində isə aşağıdakı çağırış yazıldı:
“Mən yaşayıram ki, insanlığa xidmət edim”
İdealogiyanın üçüncü əsas işlərindən biri isə “İgid” klubunun idmançı andını yaratmaq oldu.
Biz bu andı dünya gənclərinə və idmançılarına yönəldərək onlarıda bu idealogiya ətrafında
birləşməyə dəvət edirik:
İdmançı andı
Mən idmançılar ailəsinə daxil olmaqla haqqa və ədalətə xidmət edəcəyimə and içirəm!
Bütün fikrimi və əqidəmi elmə və insanlığa yönəldəcəyimə and içirəm!
Amalım qurub – yaratmaq və yaşadmaq olacağına and içirəm!
Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına və bütövlüyünə sərf edəcəyimə and
içirəm!
Mən şəxsiyyət olaraq həyatımı dünyanın və insanlığın xoşbəxtliyinə həsr edəcəyimə
and içirəm !
Biz istərdik bu and hər bir idmançının bədii portireti olsun.
Bizim klubumuzda
İbtidai tədris qrupu 1 – ci il üçün tədris proqramı həftədə 3 gün
olmaqla 90 dəqiqə dərs saatına planlaşdırılmışdı.
I gün
Mənəvi tədris günü adlanaraq idmançıya etik və estetik mədəniyyət tədris olunur.
III gün
Energetik hazırlıq günü olaraq idmançıya psixi və fiziki enerjisinin vəhdətini
yaradaraq onu idarə etmək bacarığı tədris olunur.

V gün Peşə tədrisi günü olaraq idmançıya texniki-taktiki hazırlıq tədris olunur. Bu tədrisdə
proqram əsasında tədris edilərək idmançıya mübarizədə əqil və yaradıcılıqla qalib gəlmək
bacarığı və sirləri tədris olunur.
Biz klubun
İbtidai tədris qrupu 2 – ci ili üçün isə həftədə 6 gün olmaqla 90 dəq. dərs
saatına planlaşdırılan proqram tərtib etdik. Bu proqramdada dərslər həftəlik olaraq aşağıdakı
kimi planlaşdırılırdı:
I gün tədris Texniki kamillik günü adlandırılaraq İdmançılara texnikanın kamilliklə icrası tədris
edilir – proqram əsasında.
II gün tədris Texniki yaradıcılıq günü adlandırılaraq idmançılara texnikanın yaradıcılıqla icrası
tədris edilir – proqram əsasında.
III gün tədrs Enerqetik hazırlıq günü adlandırılaraq pisixi və fiziki enerjinin idarə olunması, onun
mübarizədə sərfi və qəbulukimi mühüm bir bacarıq tədris edilir – proqram əsasında.
IV gün tədris Taktiki hazırlıq günü adlandırılaraq idmançılara mübarizənin taktikası və fəndin
icra taktikası tədris edilir – proqram əsasında.
V gün tədris İnteqral hazırlıq günü adlandırılaraq idmançılara mübarizənin və qələbənin sirləri
və incəlikləri tədris edilir – proqram əsasında.
VI gün tədris Pisixoloji hazırlıq günü adlandırılaraq idmançlara həyatda və peşəsində özünü
idarə etmə bacarığı tədris edilir – proqram əsasında. Eləcədə hər məşqin giriş hissəsində
idmançıda düzgün və operativ düşüncə bacarığını artırmaq məqsədiylə xüsusi hazırlanmış
düşüncə suallarıdır ki, bu da proqram əsasında mənəvi, əxlaqi və iradi düşüncə suallarıdır
eləcədə peşə düşüncə suallarıdır, 10 dəqiqə müddətində keçirilən bu düşüncə mübadiləsində
uşaqlar çox aktiv iştirak edərək intelektlərin hər məşqdə artırırlar. Bununlada idmançıların
intelektual yüksəlişi onlarda şəxsiyyət formalaşmasını yaradır. Pisixoloji hazırlığ bu metodla
hər gün hər məşqin giriş hissəsində idmançıya tədris olunur. Tədrisin orqinalığı ondan
ibarətdir ki tədris zamanı hər idmançı tədrisin gedişatında çox aktiv iştirak edir və bu sual və
cavab yarışmasında birinci olmağa çalışır. Təcrübədən bir-neçə misallar:
Eksperiment 1. Dərs ilinin əvvəlində hər bir idmançıya bir dibçək gülü hədiyyə etdim və dərs
ilinin sonunda kimin gülü daha gözəldir, konkursu keçirərək birinci və ikinci yerə çıxan güllərin
sahibi olan idmançıları bitkinin inkişafına lazım olan gübrələrlə mükafatlandırdım. Məqsəd
uşaqlarda sevgi, məhəbbət, qayğı, diqqət, qorumaq, yaşadmaq və gözəlliyi görmək kimi
keyfiyyətləri idmançıda aşılamaq idi ki, bu yolla biz istədiyimizə nail olduq.
Eksperiment 2. İdmançıda dərsdən kənar müstəqil işləməni yaratmaqla onda müstəqillik və
şüurluluq yaratdım ki, buda az bir vaxtda idmançıda ağlasığmaz artım yaratdı.
Eksperiment 3. İdmançıda yarış səslənməsinin müəyyən qədər qorxu və həyacan hissi yaratdığı
üçün biz klubda yarışı hünər günü adlandırmağı qərara aldıq ki, bununlada idmançıların
düşüncəsində yıxıb yıxılmaq həyacanını hünər göstərmək kimi cəsarət simvolunun yartmış
oldum.
Eksperiment 4. Məşqə davamiyyəti yüksəltmək üçün zalda məşqə davamiyyət dəftəri yaratdım
və hər bir idmançı zala daxil olduqda dəfdərdə öz adı qarşısında müsbət işarəsi qoyaraq məşqinə
başlayır. Bu özünə cavabdehlik hissini onda yaradır. Beləliklə idmançıda məqsəd yönlülük kimi
müsbət mənəvi və əxlaqi keyfiyyəti yaratmış olduq.

Eksperiment 5. İdmançıda məşqdə bütün qüvvəni sərf edərək məşq etmək keyfiyyətini yaratmaq
məqsədiylə mən idmançıya hər məşqin sonunda məşqini qiymətləndirmə tapşırığını verdim.
Beləliklə idmançı məşqinin sonunda məşqinə aşağı qiymət verməməsi üçün məşqləri yüksək
səviyyədə keçirərək başa vurmalı olur. Nəticədə idmançıda məşqi yüksək səviyyədə həyata
keçirmək bir vərdişə çevrilir və onda özünü nəzarət kimi keyfiyyət güclənir və yüksəlir.
Mən hesab edirəm bu yeni tədris təcrübəsinin idmançıda tətbiqi idmançının daha yükəsk
təffəkkürlü və daha qüdrətli insana çevirə bilər ki, buda insanlığa və dünyaya daha çox fayda
verəcək insanlar deməkdir. Biz hesab edirik ki, eyni zamanda bu da idmanı öz missiyasına
qaytarmaq deməkdir.
Klubda tədris DVD formatda olan tədris materiallarından da istifadə edilir.
1. İdmanda ümumi psixoloji hazırlıq.
2. İdmanda xüsusi psxioloji hazırlıq.
3. İdmanda qeyri ənənəvi tədris.
4. Məşqçinin həftəlik tədris planı kimi DVD formatda olan dərsliklərdən geniş istifadə edilir.
Bu tədris materiallarından başqa klubda S.İ.D. formatda nəzəri dərslər tədris olunur, eyni
zamanda da estetik tədris rəqs mədəniyyətinin idmançıda yaradılması üçün xüsusi musiqi
seçimi edilmiş S.İ.D formatda olan vəsaitlərdəndə istifadə olunur. Klubda mənəvi yüksəlişi
təmin edən plakatlardan da istifadə edilir.
“Mən həmişə demişəm bu gündə deyirəm! Mən fəxr edirəm ki, Azərbaycanlıyam! ”
H.Əliyev
“İdman tək birincilik və uğurlardan ibarət deyildir. İdaman millətin xoşbəxt və sağlam
gələcəyidir!”
İ.Əliyev
Şərəfli həyat o həyatdır ki, başqaları üçün yaşanılmış olsun!
A.Enşteyin

Övladlarımızın xoşbəxtliyi cəmiyyətimizin sağlamlığındadır!
“İgidlər”
Dünyanın məhvdən xilası insan əxlaqındadır!
“İgidlər”
Son nəticədə olaraq onu demək istəyirəm ki, hər bir nəsil idmana və həyata öz
tövhəsin verərək yaşamalıdır. Bu gün biz həyatımızda və idmanda yenilik etmədən dədə –
baba qaydasıyla yaşasaq həyatdada və idmandada dala qalmış olacağıq. Çünki bu gün artıq
hər birimizdən XXI əsr böyük düşüncələrlə yaşamaq tələb edir.
Sonda isə mən həyatımın əsas şüarını sizə çatdırmaq istəyirəm:
“İnsan gördüyü işin mahiyyətini tam dərk etdiyi təqdirdə artıq o işi şan şöhrət qazanmaqdan ötrü
yox, insanlığa və dünyaya xoşbəxtlik gətirmək üçün edir!”
Təkliflər:
1.İdamanı dünyada şəxsiyyət yaradan bir vasitə kimi qəbul etmək.
2.İdmanda marifləndirməni yüksəltmək.
Ədəbiyyat:
1. Məcidov N.B İdman nəzəriyyəsi dərslik Bakı 2009, 148 – ci səh.
2. Məcidov N.B Güləşin nəzəriyyəsi və metodikası – monoqrafiya Bakı 2010, 118 – səh.
3. Əliyev K.O İdmançının qələbə psixologiyası Bakı 2008 199 –cu səh.
4. Əliyev K.O Məşqiçinin stolüstü kitabı Bakı 2014 296 –cı səh.
Xülasə
İdman xüsusi qanunlardan ibarət olan şəxsiyyətlər arasında əqli, ruhi və fiziki fərqi
müəyyənləşdirən məşquliyyət və ya oyundu. Bu gün idmana baxışın dəyişməsinin nəticəsidir ki,
idman əvvəlki qədər insanlığa şəxsiyyətlər verə bilmir. İdmanda əvvəllər olduğu kimi dəfələrlə
dünya olimpiya çempionları olanlar azdı. Bu onun nəticəsidir bu gün idmanda mənəvi və
əxlaqi dəyərlər idmanda tədris olunmur. Səbəblərdən biridə idmanda idealogiyanın dəyişməsidir.
Əgər yaxın keçmişdə idman vətən, xalq, insanlıq və dünya naminə olan bir hərəkat idisə, indi
idman komersiya, biznes və birincilik naminə olan hərəkata çevrilmişdir. Elə bunun nəticəsidir
ki, idmançıların mənəvi əxlaqi və iradi dəyərləri aşağı düşmüşdür. İnsanı yüksəldən idmançı
əxlaqı dəyişmişdir. Bunun nəticəsində isə qoruyan, quran, yaradan və yaşadan idmançı özüdə
hiss etmədən ədalətsiz oyunların qurbanına çevrilir və sonradan özüdə ədalətsizlik edir.
Bu dediklərimi dünya idmanında müşahidə edərək qərara aldım ki, müasir idmanı dünya
idmanına təqdim edim.

salhat_abbasova@yahoo.com

 


Kazım Oruc oğlu Əliyev
“İgid” güləş klubunun direktoru