Güləş idman növü ilə məşğul olmağın yaş həddi

5 min read


Bütun valideyinləri belə bir sual maraqlandırıb- “Övladımı hansı yaş
həddində idmanla məşğul olmağa qoysam daha çox faydasını verər?”
Bilməliyik ki, insan dünyaya gələndən onun öz yaşına uyğun yüklə işləməsi
və ya hərəkəti onun qarmonik inkişafıyla nəticələnir. Belə ki, hətta yeni
doğulmuş zəif uşaqlara həkim məsləhəti ilə masaj və başqa təyinatlar verilir
ki,buna da idmanın əvəzedicisi kimi baxmaq olar.
Əgər biz idmana tək fiziki kamillik kimi yox, eyni zamanda mənəvi,
əxlaqi və iradi kamillik kimi baxsaq onda belə bir fikir düzgün olar ki,
idmanla məşğul olmaq dövrü nə qədər tez olsa o qədər daha faydalı olar.
Belə ki, əyər biz ümumdünya təcrübəyə nəzər yetirsək görərik ki,
güləşə Yaponiyada 6-7 yaşından, Monqoliyada 7-8 yaşından, Fransada 6-7
yaşından, Meksikada isə hətta bəzən 3 yaşında uşağı güləşə
gətirirlər.Bildirirəm ki, güləşlə məşğul olmağın yaş həddinin statistik
məlumatları 1979-cu ilin məlumatlarıdır.Lakin bizdə 10-12 yaşından güləşə
qəbul eedilir. Bunu bizim mütəxəssislər uşağın artıq 10-12 yaşında hər şeyi
başa düşərək onun rahat idarə olunduğuna görə bu yaşı məsləhət görürlər.
Buna kənardan baxdıqda görürük ki, bunu birtərəfli olaraqmütəxəssislər öz
xeyirlərinə qərar verirlər. Belə ki, biz idmanın gözlə görünən fizikivə texniki,
eyni zamanda da gözlə görünməyən mənəvi tərəfinə nəzər salsaq görərik
ki,əslində 3 yaşından etibarənuşaqda psixoloji xüsusiyyətlər formalaşmağa
başlayır, bunu da gecikdirfikdə uşağın həm fiziki,həm də mənəvi dərəyləri
pozulur və bunu da sonra heç bir yolla bərpa etmək olmur. əgər uşaq ilk
yaşlarından televizor və komputer qarşısında öz fiziki və mənəvi
tələbatlarını düzgün olmayan cavablarla ödəyirsə, artıq o həyatın bütün
hisslərini texnikada görərək insani hisslərini itirəcəkdir. Eyni zamanda da
təmbəllik xəstəliyinə tutulacaqdır.
Bunu nəzərə alaraq uşaqların idmanla daha erkən yaşlarından məşğul
olması məsləhətdir.Bununla əlaqədar hər yaş qrupuna uyğun olan xüsusi
yazılmış dərs proqramı əsasında məşqlər keçirilməlidir.
Belə ki, idman öncəliklə uşaqda çempion olmaq arzusunu
yaradır.Məşhur bir şairin sözü ilə desək “Əyər arzu varsa insan insandır.”
Bu halda uşaqda bütün insani hisslərin yaranma prossesi gedir, bu da
insan və millət genefondunun sağlam olması deməkdir.
İndi isə erkən yaşdan, daha dəqiq 5-6 yaşından idmanla məşğul
olmağın uşaqlara nəyin qazandırdığına nəzər salaq:

– Seçdiyi idman növünə bağlılığı və məhəbbəti;
– Daha geniş dərs proqramını mənimsəmək bacarığı;
– Proffesional hissləri daha tez duymaq qabiliyyəti;
– fiziki kamillik;
– daha erkən mənəvi, əxlaqi və iradi kamillik;
– yaradıcılıq bacarığı;
– təfəkkür kamilliyi;
– həyatda və peşəsində özünü idarə etmə bacarığı (psixoloji hazırlıq);
– yüsək idman nəticələri;
– həyatda şəxsiyyət olaraq özünü bir lider kimi tanıtmaq bacarığı;
İndi isə idmanla 10-13 yaşından məşğul olmağın nə verdiyinə nəzər
salaq:
– itirilmiş vaxt;
– itirilmiş 90% idmançılar (bu yaşdan uşaqlar artıq zərərli işlərə meyl edirlər)
– itirilmiş fiziki kamillik;
– mənəvi, əxlaqi və iradi kamillik;
– gənclərdə kütləvi şəkildə qazanılmıştəmbəllik xəstəliyi;
Beləliklə, idmanla məşğul olmaq vaxtının iki yaş dövründəkifərqinə
nəzər saldıqda görürük ki, bu vaxtı nə qədər gecikdirsək də bir o qədər
uşaqlarımızın həyata və cəmiyyətə daxil olmalarını gecikdirmiş oluruq.
necə ki, Həzrəti Peyğəmbər demişdir: “anadan olan uşağın tərbiyəsinə qırx
günündən sonra başlasan, demək tərbiyəsini qırx gün gecikdirmisən.” Bu
gün biz idmana yeniyetmələri həyata hazırlayan bir qurum kimi baxmalıyıq.
Belə ki, biz bu gün idmançının güləş idman bölmələrinə qəbul olunma yaş
həddinə nəzər salsaq aşağıdakı yaş həddi ilə rastlaşarıq.
1. Yeniyetmələr 10-13 yaş;
2. kişik yaş həddində olan gənc uşaqlar14-15 yaş
3. orta yaş həddində olan gənc uşaqlar 16-17 yaş

4. Gənclər 18-19 yaş
5. Kişilər 19 və daha çox
Bu gün biz hər birimiz deyə bilərik ki, bu yaş həddi artıq dövrünü keçmiş
yaş həddidir. Bu günkü 6-7 yaşlı uşaqların düşüncə qabiliyyətləri keçmiş
illərin 10-15 yaşında olan düşüncə səviyyələri ilə uyğundur. bununla demək
istəyirəm ki, həyatda hər bir şey inkişaf etdiyi halda biz niyə idmanı və
idmana qəbul şərtlərini keçmişdə olduğu kimi saxlamalıyıq? belə hallar bizi
bu işdə daha çox və sürətlə inkişaf etməkdən məhrum edir.
Sonunda idman mütəxxəssislərimizə müraciət edərək bildirirəm ki, gəlin
övladlarımızın fiziki və mənəvi tərbiyəsini gecikdirməyək !