Bölmənin fəaliyyətində və tədrisdə müəllim-məşqçinin rolu

6 min read


Bilməliyik ki, hər bir məşqçi yüksək mədəni, etik və estetik normalara uyğun
səviyyədə keçirməlidir ki, idmançı da öz mənəvi dəyərlərini zənginləşdirə bilsin. Buna
görə isə xüsusi diqqət vermək lazimdır ki, məşqlər işıqlı, təmiz və səliqəli zalda tədris
edilsin. Belə ki, idman alətlərinin səliqəli düzülüşü və xalçanın hamar, təmiz olması
məşqin yüksək səviyyədə keçirilməsində idmançıya böyük həvəs verir.
Məşqin səviyyəli keçirilməsində çox böyük rollardan biri də ondan ibarətdir ki,
idmançı məşqə gecikməsin, məşqə səliqəli və təmiz geyinərək gəlmiş olsun.
Tərbiyədə isə çox böyük rol məşqçinin özünün xüsusi nümunə olması
vacib məsələlərdən biridir. Müəllim-məşqçinin mənəvi cəhətdən yüksək səviyyəli
olması ona imkan verir ki, idmançını da zəngin mənəvi dəyərlərə, eləcə də zəngin
peşə kamilliyinin zirvəsinə qaldıra bilsin.
Məşqçinin zəhməti-pedaqoji və tərbiyəvi bir işdir.
Müəllim-məşqçinin birinci işi öz yetirmələrini hər tərəfli və mükəmməl
öyrənməsidir. Müəllim-məşqçi bilməlidir tələbəsi nə ilə maraqlanır, kimlərlə
münasibətdə olur, boş vaxtını necə keçirir və nəhayət məktəbdə necə oxuyur.
Müəllim-məşqçinin əsas işlərindən biridə o olmalıdır ki, hər tələbənin
məktəbi və ailəsi ilə əlaqə yaratsın və səviyyəsindən xəbərdar olsun.
Buna görə də müəllim-məşqçi daima öz üzərində işləməli, xüsusi ilə də
pedaqogiya, psixologiya, idman fiziologiyası, gigiyenası və s. sahələrdə müəllimməşqçi dünyada gedən idman yeniliklərindən daima xəbərdar olmalı, məşqlərində isə
eksperimentlər etməkdən heç vaxt qorxmamalidır. O, daima keçirilən seminarlarda
iştirak etməlidir. Əks halda o, həyatda və peşəsində geriləyərək müasir zamanın
hazırlığına cavab verən tədrisin keçirilməsinə nail ola bilməyəcəkdir.
İdmançıda mənəvi və iradi dəyərlərin formalaşdırılmasında əsas rollardan biri
də müəllim-məşqçinin özünün şəxsiyyət olması, onun bilik səviyyəsi eləcə də
tələbkarlığıdır. Müəllim-məşqçi öz işində professional bacarıqlardan istifadə etməyə
qadir olmalıdır. İnandırmaq, dərsi gözəl izah etmək, qiymətləndirmək, həyatdan
götürülmüş, tanınmış idmançıların misalları ilə məşqi maraqlı etmək və s…
Tədrisdə vacib məsələlərdən biri də odur ki, məşqçi-müəllim idmançıya
müstəqil işləməyi öyrətsin. Çünki yarışda idmançı hər an dəyişən situasiyanı özü
müstəqil həll etməyi bacarmasa, mübarizədən qalib çıxmağa qadir olmayacaqdır.
Bilməliyik ki, müəllim-məşqçinin tədrisdə əsas keyfiyyətlərindən biri də
idmançını inandırmaq, başa salaraq məcbur etmək bacarığıdır.

Misal; Əgər idmançı məşqdə görüşü davam etməkdən imtina edirsə, bunu
yorulmağına səbəb gətirərsə, ancaq müəllim-məşqçi bilir və hiss edirsə ki,
mübarizədən imtina etmək idmançının iradi zəifliyindən, özünü ələ ala bilməmək
bacarığından irəli gəlir, bu halda idmançını görüşü axiracan davam etməsinə məcbur
etmək lazımdır.
Tələbkar olmaqla bərabər müəllim-məşqçi öz dediklərinə ilk növbədə özü
nümunə olmalıdır, tələbələri ilə çox mədəni və hörmətlə davranmalıdır. Bununla da
onlarda özünə ləyaqət hissinin formalaşmasına şərait yaratmalıdır.
Müəllim-məşqçi öz tələbələri qarşısında öz biliyi və bacarığı ilə öyünməlidir. O,
öz təvazükarlığı ilə tələbələrinə bir nümunə olmalıdır.
Müəllim-məşqçinin işində emosional hissləri idarə etməkbacarığına qadir
olması çox böyük rol oynayır. Peşəsini sevmək və sevdirmək, məşqlərdə
eksperimentlər etmək, idmançılara həqiqi məhəbbətlə yanaşma, əqidə və məqsəd
kimi keyfiyyətləri aşılamaq bacarığı əsl müəllim –məşqçiyə məxsus olan gözəl bir
xüsusiyyətdir.
Müəllim-məşqçinin idmançının gözəl xüsusiyyətlərini və bacarığını daima
komanda qarşısında elan edərək təqdirə layiq bir formada təqdim etməsi gözəl
müəllim-məşqçi xüsusiyyətlərindən biridir. Eləcə də, idmançının çatışmayan cəhətini
müəllim-məşqçi elə bir formada idmançıya çatdırmağı bacarmalıdır ki, idmançı bu
iradlardan utanmaq yox, nəticə çıxarmağı bacarsın.
Bilməliyik ki, idmanda iradə idmançının qarşısına qoyduğu tapşırıqları dəf
etməsi ilə formalaşır, Həyatda isə insan qarşısına çıxan problemləri və çətinlikləri də
dəf etdikcə iradə formalaşır və güclənir. İdmanda iradə eləcə də özünü tərbiyədən,
özünü nəzarətdən, özünü öyrətmədən, özünə tələbkarlıqdan da irəli gəlir. İdmanda
məqsədə çatmaq idmançının özünün həyat rejimini quraraq onu pozmadan hər gün
bütün qüvvəsini sərf edərək, yerinə yetirməsi ilə mümkündür.
Gündəlik həyat rejimi idmançı üçün qanun olmalıdır.
Müəllim-məşqçinin vəzifələrindən biri də idmançıların sağlamlığına nəzarət
etməkdir. Müəllim-məşqçi həkimlə birlikdə ən azı ildə iki dəfə idmançıları həkim
nəzarətindən keçirməlidir. Bununla əlaqədar hər bir idmançının qeydiyyat kitabçası
olmalıdır. O kitabçada idmançının ilkin məlumatları qeyd olunur, gələcək nəzarətdə
isə idmançının inkişafı, döş qəfəsinin, boy ölçüləri, eləcə də ağ ciyərin hava tutumu
və s. yoxlanılır.
Məşqçi həkimlə çalışmalıdır ki, idmançıya öz sağlamlığını qorumağı öyrətsin.
Bunun üçün isə idmançıya insanın anatomiyası və fiziologiyası haqqında bilik
verilməlidir.
Müəllim-məşqçilərdə yuxarıda adları çəkilən keyfiyyətləri aşılamaq üçün
idmanda maariflənməyə geniş yer vermək lazımdır.

Əgər bu fikri hörmətli prezidentimiz cənab İlham Əliyevin biz müəllimməşqçilərə olan çağırışıyla desək ; “ Elimsiz idmanın gələcəyi yoxdur!”