Ağıl və əqli bacarıqlar – onların idmançının hazırlığında rolu

12 min read


Ağıl insana məxsus olaraq ona fikirləşmək , yaratmaq və nəticə çıxarmaq
kimi bacarıqlar verir.
Biz bilirik ki, insanı yaranmışların alisi edən onun əqlidir. Bildirmək
istəyirəm ki, əqil də bədən əzələləri kimi gündəlik məşqi hesabına öz bacarığını
və inkişafını artırmağa qadirdir. Bunu dahi şairimiz Nizami Gəncəvinin sözü ilə
desək daha aydın olar :
“Çox iti beyinlər yatan oldular.
Axırı saxsı qab satan oldular.”
Qeyd etmək istəyirəm ki, insan həyatda hər bir işi ağlı hesabına həyata
keçirir. Ancaq bu işin yüksək səviyyədə həyata keçirilməsi üçün onun əqli
gücündən asılıdır.
İndi isə baxaq görək əqli bacarıqlar dedikdə əqlin hansı imkanları nəzərdə
tutulur :
1. Duyğu və qəbul etmə
2. Yadaş və ya hafizə
3. Təsəvvür
4. Fikirləşmək və qərar çıxarmaq
5. Xəyal və fantaziya
6. Diqqət
Göstərilən bu bacarıqların həyatımızdakı roluna ayrı –ayrılıqda nəzər salsaq
görərik ki, insanları biri – birindən fərqləndirəndə onun əqli , ruhu və cismi
gücünün qüvvəsidir. Ona görə də əsil güclü insan olmaq üçün , göstərilən bu üç
bacarığı özümüzdə artırmaq lazımdır.
İndi isə əqli bacarıqlardan olan duyğu və qəbul etmə hissiyatına nəzər
salsaq və onun insana verdiyi imkanları görək .
1. Duyğu və qəbul etmə – adi hissiyyat prossesi olaraq nəticədə insan
üzvləri tərəfindən öz orqanizmi və ətraf mühit haqqda informasiya almasıdır.
1. Görmə və qəbul etmə .

2. Eşitmə və qəbul etmə
3. İy bilmə hissiyatı
4. Dad bilmə hissiyatı
5. Xarici hissiyatı
6. Daxili hissiyatı ( ruhi hissiyat)
Qeyd etməliyəm ki, əgər insan bu hissiyatlardan məhrum olunsa , bu halda o,
həyatda heç bir iş görməyə qadir olmaz.
2. Yaddaş – psixi proses olaraq keçmişdə alınmış informasiyanın
təkrarlanmasıdır.
İnsan psixikasında yaddaşı əsas bacarıqlardan biri kimi saymaq olar. Belə ki,
o özündə keçmişi, bu günü və gələcəyi birləşdirir. Onun əsas prosesi isə yada
saxlamaq və istənilən vaxt yada salınmasıdır. Əgər yaddaş olmasa , biz bir –
birmizi belə tanımarıq.
3. Təsəvvür – insan simasının , əşyaların , səslərin , hərəkətlərin və s… insan
təfəkküründə yaranmasıdır.
Konkret olaraq desək : Təsəvvür – reallığın fikirdə obraz formasında
canlanmasıdır. Təsəvvürün bir neçə növləri var . Görmə, eşitmə, hərəkət, dəri
hissiyatı , iy hissiyatı , dad və s…
Təsəvvür iki formada oluna bilər. Tək və obraz halında və ya ümumi halda.
Bu göstərilən keyfiyyətlərin hər biri uyğun gələn idman növünə məşqlərdə tətbiq
oluna bilər.
4. Fikirləşmək – psixikanın ali prosesi olaraq fərqin dərk halıdır.
Fikirləşmək hər hansı bir tapşırı\ın və ya problemin həlli ilə əlaqədar
yaranır. Bu halda beyin tapşırığın cavabın və vəziyyətdən çıxmağın yolların
fikirləşərək qərar çıxarır.
İdmanda isə idmançıda operativ fikirləşmək və düzgün qərar çıxarmaq
bacarığının yaradılması vacib şərtlərdən biridir ki, idmançı mübarizədən qalib
çıxsın . Fikirləşmək obraz halında nitqlə yazılı, şifahi və hərəkətlə təzahür oluna
bilər. İdmançı mübarizəyə hazırlaşanda fikirləşərək özünü yüksək mübarizə
hazırlığına köklüyür . İdmançını ruh yüksəkliyinə qaldıran fikir reflektor olaraq

onun mərkəzi sinir sisteminə təsir edir və onda qələbə psixologiyası yaradır.
Fikirləşmək üç prossesdən keçir. Dərk etmək , təhlil və qərardan . Bu üç prossesin
operativliyi və çıxarılacaq qərarın düzgünlüyü qələbəni təmin edir. İnsan fəaliyyəti
heç bir vaxt tək fikirləşməkdən və ya əzələ fəaliyyətindən ibarət ola bilməz. Ona
görə də bilməliyik ki, idmançının da fəaliyyəti tək əzələ hərəkətindən yox, eyni
zamanda da intelektual fəaliyyətindən ibarətdir. Bilməliyik ki, düzgün düşüncə
idmançını qələbəyə , düzgün olmayan düşüncə isə məğlubiyyətə aparır.
5. Xəyal və ya fantaziya – bu halda düşüncənin bir halı olaraq olmuş
hadisələrin və obrazların əsasında yeni obraz və hadisələr düşünülərək
yaradılmasıdır.
Xəyal ancaq insana məxsus bir əqli prosesdir ki, bu da insanın təfəkkürünün
inkişafı ilə əlaqədar olaraq güclənir. İnsan görəcəyi hər bir işi xəyalında
yaradaraq sonradan onun praktik həllinə keçir. Bilməliyik ki, yüksək xəyali və
fantaziyalı bacarığa malik olmaq idmançının əsas hazırlıqlarından biri
sayılmalıdır. İdmanın gözəlliyi onun təkrarsızlığındadır ki, onu da ona idmançının
əqlinin yaradıcılığı verir. Bu bacarığın idmançıda inkişaf etdirilməsi isə ona
özünə məxsusluq verir ki, bu da rəqiblərinin idmançını tanımasına imkan vermir.
Bilirik ki, tanınmaz olmaq isə idmançıya çox böyük üstünlük verir.
Xüsusilə də tək mübarizlikdə və idman oyunlarında.
6. Diqqət – insanın psixoloji halı olaraq fikrin bir obyektə toplanmış
vəziyyətidir.
Diqqətin rolunu aqillərin fikri ilə desək belə səslənir. Diqqət ağlın
qüvvəsidir , ağıl qələbənin əsasıdır.
Diqqəti idmanda iki qrupa bölmək olar : maraq dairəsinə görə və istiqamətinə
görə.
Maraq dairəsinə görə diqqət geniş və dar olur. İstiqamətinə görə isə diqqət
insanın daxilinə və insandan xaricə yönəlmiş olur . Bu diqqət növlərinin hər
idman növündə özünə məxsus idarə olunma yolları vardır ki, bunu da idmançıya
məşqlərdə öyrətmək lazımdır. Diqqəət idmançıda məşqdə və yarışda ayrı-ayrı

formada fokuslanmalıdır ki, bu da idmançıya yarış şəraitinddə eləcədə
mübarizədə özünü idarə etmə imkanını verir.
Beləliklə deyə bilərik ki, diqqət idmanda əsas əqli bacarıqlardan biridir ki,
yuxarıda adları göstərilən əqli bacarıqları bir iş birliyinə toplayır , onun üzərində
işləməklə gücləndirmək mümkündür. Göstərilənlərdən nəticəyə gəlmək olar ki, əqli
bacarıqlar insana tək idmanda nailiyyətlər qazanmaq üçün yox, eyni zamanda da
həyat prosesi üçün vacib keyfiyyətlərdəndi . Bunu gənclərimizdə tək birincilik
naminə yox xoşbəxt gələcəyimiz xatirinə gücləndirmək və artırmaq lazımdır. Bu
halda idmançı simasında vətənpərvər gənc nəsil görmək olar.
İgidlər Vətənin idman şərəfini qorumağa hazır ol !….
Həmişə hazırlıq !…
Bu çağırışla mən öz “İgid” idman klubumda məşqimi başlayırdım . Bildirirəm
ki, mən bu çağırışla idmançılarımda Vətənə məhəbbət , onun idealarına sədaqət
hissi yaradırdım . Bildiyimiz ki, bu hiss insanın ruhunda yaranır. Beləliklə mən
onlarda milli qürur hissinin təməlini yaradırdım.
Milli qürur – Vətənin , millətin yüksəlişi naminə yaşayan və yaradan
insanların mənəviyyatında doğulan ali bir hissdir. Eyni zamanda mən idmançılara
nəzəri dərslərdə bildirdim ki, vaxt ola bilər ki, sizə Vətən tərəfindən başqa çağırışda
ola bilər.
“İgidlər Vətənin torpaq şərəfini qorumağa hazır ol !” çağırışı .
Bu çağırışda siz hər an hazır olmalısınız. Bu bir aksiomadır ki, Vətənin hər
bir şərəfin ancaq onun öz qeyrətli oğulları qorumağa qadirdi.
Ancaq bu qorumaq bacarığını ona düzgün elmi əsaslarla birgə günün
tələbinə uyğun səviyyədə öyrədə bilməlidir. Axı dünya tarixindən də görə bilərik.
Vətənin ləyaqətin və şərəfin daima öz oğulları qoruyub. İndi baxaq görək onu
qorumağa oğullarımıza nə təsir edib.
Əvvəla biz bilməliyik ki, insan orqanizmində bir neçə enerji var . Bu gün mən
bunlardan ikisi haqqında danışmaq istərdim .

Birincisi ruhani enerji. İkincisi isə cismani enerjidir. Cismani enerji maddi
nemətlərlə hasil olaraq orqanizmin inkişafına sərf olunur. Ruhani enerji isə insan
yaranışından ona bəxş edilmiş İlahi bir enerjidir. Bu qüvvə insanın həyat tərzi ilə
qüvvətlənir və formalaşır. Bildirirəm ki, insan düzgün həyat tərzi yaşamadıqda bu
enerji öz hisslərini və imkanlarını itirir və insan ruhani hisslərdən məhrum olur. Bu
halda insan həyatının böyük bir enerji mənbəyindən məhrum olur.
Ruh – insan orqanizminin əsas enerji mənbəyi olaraq gözlə görünməyən
real bioloji anatomik əsasları olmayan varlıqdır, həm də ruhani və cismani
hisslərin daşıyıcısıdır .
Bilməliyik ki, idmançını qələbəyə tək texniki biliyi və cismani qüvvəsi yox ,
onu ardıcıl olaraq qələbəyə aparan ruhani qüvvəsidir. Bunun təsdiqini isə aqillərin
dediyi bir kəlamdan çox aydın görə bilərik. Kəlam isə belə səslənir : “Mübarizədə
bədən bir alət , onu idarə edən və irəli aparan ağılı və ruhudur” İndi isə baxaq
görək ruh hansı mənbədən öz enerjisini alır.
İdmançının ruhi enerjisi məşqlərdə məşqçi tərəfindən yaradılan idmançı
idealogiyasından bəhrələnir. Bunlar Vətən , xalq , torpaq, dövlət onun atributları
sayılan bayraq , gerb və himndir.
Bundan başqa idmançının əsas ruhi enerji mənbəyi onun mənəvi , əxlaqi və
iradi dəyərlərindən bəhrələndiyin bilməliyik.
İndi isə baxaq görək bu dəyərlər ayrı-ayrılıqda idmançıya hansı yolla ruhi
enerji verir.
1. Mənəviyyat – insanın dünyanı və həyatı qəbul etmək təfəkkürüdür.
Mənəviyyatın özü isə üç əsas tərkibdən ibarətdir.
1.1. Allah- Təalanın varlığın və qüdrətin qəbul etməkdən.
1.2. Səni yaradanı tanımaqdan – göydə Allah – Təala , yerdə valideyn və
müəllim .
1.3. İnsanın yer üzündə missiyasın qəbul etmək . (yaranmışları qorumaq,
qurmaq , yaratmaq , yaşatmaq)

Bildirirəm ki, mənəvi dəyərləri qəbul edən insan artıq dünyaya niyə
gəldiyin və nə edəcəyin bilərək tükənməz kosmik enerjini həyatdan almağa qadir
olur ki, bu da onun ruhunda yerləşir.
2. Əxlaq – insanın ətraf mühitdə özünə məxsus tərzdə özünü
göstərməsidir, eyni zamanda cəmiyyətdə və şəxsi həyatında olan fəaliyyətidir .
Əxlaq da beş əsas tərkibdən ibarətdir :
1. Düzgün həyat təzi
2. Əxlaqi dəyərlər
3. Əxlaqi hisslər
4. Özünü tərbiyələndirmə və öyrətmə
5. Özü üçün yaşamaq əqidəsi
Əxlaqın bu beş tərkibi idmançını özünü hiss etmək , eyni zamanda
həyatının mənasını daima dərk etməklə nəticələnir. Beləliklə idmançının yüksək
hisslərə və dəyərlərə malik olması isə onda şəxsiyyət keyfiyyətlərinin
formalaşmasına gətirib çıxarır ki, nəticədə idmançı tükənməz ruhi enerjiyə malik
olur.
Şəxsiyyət – fərdin individual mənəvi əxlaqi və iradi dəyərlərə malik
olmasıdır , o sosial formalaşmış konkret individ olaraq əqli və özünü dərk
etməyə malikdir.
Bununla onu demək istəyirəm ki, tarixdə bütün qələbələr şəxsiyyətlərə
məxsusdur.
3. İradə – insanın inadkarlığının və əxlaqının sayəsində qarşıya çıxan
maneəni dəf etmə bacarığıdır. İradə üç əsas tərkibdən ibarətdir.
1. Əqli bacarıqlar – insana məxsus olaraq ona fikirləşmək , yaratmaq və
nəticə çıxarmaq və sair bacarıqlar verir.
2. Ruhi hisslər
3. Cismi bacarıqlar
Bu üçlüyü daxilində birləşdirən və idarə edə bilən idmançı yüksək psixoloji
hazırlıq bacarığına malik olur ki, bunun nəticəsində o tükənməz ruhi enerjiyə ,
qüvvətli iradəyə malik olur.

İdmançının əqidəsini formalaşdıran , onun idealarına olan sədaqət hissidir.
Sədaqət – insanın həyatda öz idealarına sadiqliyi ilə tərənnüm edilir.
Bunu nəzərə alaraq mən idmançılara and yazdım ki, bu da aşağıdakı kimi
səslənir. Bu and eyni zamanda idmançının portureti kimi qəbul etmək olar.
Mən idmançılar ailəsinə daxil olmaqla haqqa və ədalətə xidmət etməyimə
and içirəm !
Bütün fikrimi və əqidəmi elmə, islama və insanlığa yönəldəcəyimə and
içirəm !
Amalım qurub , yaratmaq və yaşatmaq olacağına and içirəm !
Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına və bütövlüyünə sərf
edəcəyimə and içirəm !
Əgər andımı pozaraq bu yoldan çıxsam , hər hansı bir cəzanı çəkməyə
hazıram !
Yazılmış bu and idmançının əqidəsində daima yüksək amalların yaşamasına
və onların həyata keçirilməsinə çox böyük təkan verir. Bilməliyik ki, idmançının
mübarizliyini eyni zamanda da aqillərin dediyi yolla da yaratmaq lazımdır.
Bu kəlam aşağıdakı kimi səslənir.
“İnsaflı və ədalətli insan mübariz ola bilər” Deyilmiş bu fikir onu bildirir ki,
insanın mübarizliyi cisminin qüvvəsində yox ruhunun qüvvəsindədir.
Yazılanlarla onu demək istəyirəm ki, legioner idmançılar nə qədər
çalışsalar da , bu ideaları özlərinin ki, edə bilməzlər. Səbəbin mənə məlum olmayan
bir şairin Vətən şeiri ilə izah etmək istəyirəm .
Ayaq açıb torpağının üstə gəzmişəm.
Havan ilə nəfəs alıb boy atmışam mən .
Bulağından su içmişəm , çörək kəsmişəm.
Vətən , can Vətən !
Ümumiyyətlə insana yaşamaq həvəsin və mübarizə üçün gücü ideaları verir
ki, onuda güclə və pulla vermək mümkün deyil, onu yaşamaqla qazanmaq olur ki,
bunu da legioner idmançılardan yox öz oğullarımızdan görə bilərik.

Bilməliyik ki, cismani enerji tükənir, ruhani enerji isə heç vaxt tükənmir
əksinə güclənir. Bununla belə nəticəyə gəlmək olar ki, əgər legionerin mübarizədə
uduzduğun görsəniz təəcüblənməyin ,çünki o, ruhani hisslərdən məhrumdur. Cismani
güclə də qabağa getmək mümkün eyil . Legioner məşqçi də idmançıya ruhani enerji
verməyə qadir deyil . Fikimi türk şairi Sərxanlı Paşanın bu misra ilə tamamlamaq
istəyirəm.
Bayraqları bayraq yapan üstündəki qandır ,
Torpaq əgər uğrunda ölən varsa Vətəndir !
Gəlin idmanın köməkliyi ilə Vətən yolunda ölməyə və öldürməyə daima hazır
olan bayrağını və himnini bütün dünyada tanıtmağa qadir olan oğullar hasil edək
və onları başqaları ilə əvəz etməək .Əks halda oğulsuz qalarıq.


Kazım Oruc oğlu Əliyev