İdmanda diqqət və onun rolu

4 min read


Diqqət-insanın psixoloji halı olaraq fikrin bir obyektə fokuslanmış vəziyyətidir. Diqqətin insanın
həyatında nə qədər mühüm bir rol oynadığını hər bir insan təsdiqləyə bilər. Bu haqqda aqillər
deyilmişdir ; Diqqət ağlın qüvvəsi, ağıl qələbənin əsasıdır. Mən hələdə məktəbə gedən dövürdə
hərfləri yazmağa başlayanda müəllimimin və anamın mənə dönə-dönə dediyi bir sözü hələdə
xatırlayıram diqqətli ol, diqqətli ol sözünü. Əgər biz hər birimiz keçdiyimiz həyat yoluna baxsaq,
görərik ki diqqətimiz bizi bu yolda nə qədər təhlükələrdən xilas edib və nəqədər həyat uğurlarına
imza atmağa yardım edib. Mən deyərdim əgər insanda diqqət keyfiyyəti olmasaydı o həyatda
daima fəlakətlərlə üzləşmiş olardı. İdmanda tədrisin bütün hazırlıq prosseslərində idmançı
diqqətini toplamağa qadir ola bilsə bu halda tədris edilən dərs yüksək səviyyədə
mənimsənilməsiylə nəticələnər ki buda tədrisdə əsas məqsəddir. Diqqət yarış şəraitindədə yəni
mübarizədə eyni zamanda yarışın gedişatında idmançıya çox böyük üstünlüklər verir. Diqqəti
toplayaraq özünü idarə etmək bacarığı idmançının emosional halını müəyyənləşdirirki bu halda
idmançıya müsbət emosiyalarla yarışmaq imkanı verir. Bildirirəm ki, diqqəti toplamaq bacarığı
idmançıya əqli idarə etmək bacarığı verir ki bu halda avtomobil sürdükdə sükanı idarə etmək
bacarığına bənzəyir. Diqqətin vacibliyi və qüvvəsi hətta qurani kərimdədə göstərilmişdir. ” Məni
görmək istəsəniz mənim yaratdıqlarımda görün. Yox əgər görə bilməsəniz özünüzə baxin, diqqət
edin “. Deyilən kəlamda insanın bu halının nə qədər böyük bir qüvvəyə malik olduğunu duymaq
olar. Ümumiyyətcə diqqəti idmanda iki qrupa bölmək olar ; maraq dairəsinə görə olan diqqət və
istiqamətinə görə yönəldilmiş diqqət. Maraq dairəsinə görə olan diqqətdə iki qola ayrılır – geniş
sahəni əhatə edən diqqət, idman oyunlarında tələb olunan diqqət. İkincisi isə dar çərçivəyə
toplanmış diqqət – tək mübarizlikdə, rəqibə yönəldilmiş diqqət. İstiqamətinə görə isə diqqət yenə
iki qola ayrılır – idmançının daxilinə yönəlmiş diqqət- özünü hiss etmə və xaricinə yönəldilmiş
diqqət- rəqibə. Bu diqqət növlərinin hər idman növündə özünə məxsus idarə olunma yolları
vardır ki, bunuda idmançıya məşqlərdə tədris etmək lazımdır. Ümumiyyətcə diqqəti toplamağı
bacarmağın özünündə xüsusi məşqləri vardır ki, bunu idmançı özü dərsdən kənar müstəqil olaraq
özü özünə tədris edə bilər. Eyni zamanda məşqlərdə hər gün bu tədrisi təkrarlamaqla
idmançılarda aşılamaq olar. Mən ” igid ” güləş məktəbimdə diqqəti hər gün məşqə köklənməklə
yaradıram.
Köklənmə – proqramlaşdırılmış məqsədyönlü fəaliyyətdir ki, bu halda diqqətin görüləcək işə
yönəldilməsiylə işin yüksək səviyyədə icra edilməsinə nail olmaq olar. Diqqəti eləcədə zalda bir
vazaya qoyulmuş qızılgülə, yanan şama, saatın saniyə ölçəninə toplamaqlada idmançıda
aşılamaq üzərində çalışırıq. Bu keyfiyyəti qazanmaqda uzun sürən bir prosses olduğu üçün
onuda idmançıda məşqə başladığı gündən aşılamaq lazımdır. Sonda üzümü həmkarlarıma tutaraq
bildirirəmki öz yetirmələrinin tək cismiylə işləməsinlər., onlar eyni zamanda idmançının əqli və
ruhi imkanlarının güclənməsi üzərindədə işləsinlər. Bu halda adi insanı cəsarətli, cürətli, mətin,
mübariz və məqsədyönlü bir idmançıya çevirmək olar. Başqa sözlə desək cəngavər bir vətən
oğluna çevirmək olar.

Kazım Əliyev