İdmanda düşüncə və onun tədrisi

7 min read


Düşüncə haqqda danışmamışdan əvvəl ilk növbədə istərdim sizə əqil və əqli
bacarıqlar haqqda qısaca olaraq bir informasiya verim.
Əqil insana məxsus olaraq ona duyğu və qəbul etmə, yaddaş, təsəvür,
düşünmək, xəyal, fantaziya və diqqət kimi bacarıqlar verir. Əqlin hər bir
bacarığıyla tanış olduqda isə görürük ki, insani yaranmışların alisi və kamili və
qüdrətlisi edən onun kompyuteri sayılan beyni və ya əqlidir.
1.Duyğu və qəbuletmə – Adi hissiyat prossesi olaraq, nəticədə insana üzvləri
tərəfindən öz orqanizmi və ətraf mühüt haqqda informasiya almasıdır.
2.Yaddaş – Psixi prosses olaraq keçmişdə alınmış informasiyanın təkrarlanmasıdır.
3.Təsəvvür – Reallığın insan fikrində obraz formasında canlanmasıdır.
4.Düşünmək – Psixikanın ali prossesi olaraq fərdin dərk halıdır.
5.Xəyal və fantaziya – bu halda düşüncənin bir halı olaraq, olmuş hadisələrin və
obrazların əsasında yeni obraz və hadisələr düşünülərək yaradılmasıdır.
6.Diqqət – İnsanın psixoloji halı olaraq fikrin bir obyektə toplanmış və ya
fokuslanmış vəziyyətidir.
Bununlada hər birimiz əqlin imkanlarının sonsuz və hüdudsuz olduğunu təsdiqləyə
bilərik.
Bu gun elmi əsaslarla sübut edilir ki, insan öz əqli bacarıqlarının 5%-dən
istifadə etməyə qadirdi. İdmançıların isə özünün daxili dünyasını dərk edərək məşq
etməsi bu gün ona yeni rekordlar vurmasına imkan yaradır. Yəni onu öz
imkanlarından daha geniş istifadə etmək bacarığına malik edir.Belə olduğu halda
niyə biz müəllim məşqçilər əqlin imkanlarından istifadə edərək idmançılarımızı
dünya miqyasında əqlin gücüylə yuksəltməyək ?!
Axı əqli yüksəliş yolu insanı əbədi, sonsuz yüksəlişə aparır. Bunu nəzərə alaraq
mən klubumda məşqlərimə yeni bir tədrisi əlavə etmişəm ki, bunuda ” İdmanda
düşüncə ” adlandırmışam. Bu tədrisi mən hər gün ki məşqdə salamlaşmadan və
köklənmədən sonra 15-10 dəqiqə olaraq nəzəri və praktik formada idmançıların
aktiv iştirakı ilə onlara tədris edirəm. Hər gün ki məşqin giriş hissəsinə salınmış bu
dərs əsasən mənim idmançılara verdiyim suallardan və onlardan aldığım
cavablardan ibarət olur. Son həddə isə sualın bütün komanda üçün konkretləşmiş
cavabın müəyyən edərək məşqə başlayırıq.

İdmanda qeyri adi məşqimi sizə aydınlaşdırmaq üçün bu izahı dahada geniş
formada sizə təqdim etmək istəyirəm. İlk növbədə mən düşüncəni iki qola ayıraraq
tədris edirəm.
Düşüncə
Sual Peşə düşüncəsi
Cavab! Cavab :nəzəri praktik
Konkretləşmiş cavab Konkretləşmiş cavab
Bildirirəm ki, tədrisi hər məşqin özünə aid olan suallarıyla hazırlayaraq təqdim
edirəm. Mis: Mənəvi tədrisdə – Biz varliq nöqteyi nəzərdən kimik ?
Cavab : Biz yaranmışların alisi, kamili və qüdrətlisi olan insanıq!
Mis: Biz millət nöqteyi nəzərindən kimik?
Cavab : Mən azəri türküyəm, dinim islam vətənim Azərbaycandir !
Suallar : Bura haradır biz yaşayırıq?
Cavab : Bütün yaranmışın yer üzündə missiyası olduğu halda mənim insan kimi
missiyam dünyamızda nədən ibarətdir ? və sair.
Bildirirəmki bu düşüncələr idmançının özünü dərk etməsinə, eləcədə şəxsiyyət
kimi formalaşaraq fəaliyyət göstərməsinə zəmin yaradır ki, bunun nəticəsində biz
fədakar insan və idmançı yaratmış oluruq. Bildirirəmki mənəvi düşüncələrin
cavabını idmançı tapdıqca o dərk etməyə başlayır, insanın dərk halı isə psixikanın
yüksək halıdır ki ona təfəkkürlə çatmaq mümkündür. İdmançını mənəvi olaraq
yüksəltdikcə o dərk etməyə başlayırki dünya və həyatın gözəlliyi onun üçün
yaradılmışdırki, onu görsün,duysun,həzz alsın və göz bəbəyi kimi qorusun. Sonda
isə onu dərk etməyə başlayırki onun idmanda olan hər çıxışı əlləşmək üçün yox
yeni bir sənət əsəri yaratmaq üçün ona verilmiş bir idmançıdır.Nəhayət isə idmançı
dərk edirki onun hər etdiyi iş özü üçün yox insanlıq naminədir.Bu anda o insanlıq
missiyasını praktik olaraq yerinə yetirdiyini dərk edərək fəaliyyət göstərir.
Nəticədə isə idman həm dünyanı həm insanlığı məhvdən qoruyan insan yaratmış
olur ki, bu da insan yaranmışının məqsədi deməkdir. İdman bunu etməyə insanı
qadir edir. Bununla biz idmanın böyük bir qüdrət olduğunun şahidi və iştirakçısı
oluruq.

Peşə düşüncəsi tədrisinə gəldikdə isə bilməliyik ki, buradakı suallar adından
məlum olduğu kimi peşəni əhatə edərək idmançını peşəsi ətrafında düşünməsi ona
hər vəziyyətdən mübarizədə çıxış yolu tapmaq bacarığına çatdırır və eyni
zamandada ona operativ fikirləşmək düzgün qərar çıxarmaq bacarığı
verir.Bilməliyik ki, hər bir idmançı peşə yüksəlişinə peşəsində axtarışlar, yeniliklər
etməklə, yəni onu sevərək yatandada hər hansı bir fəaliyyəti zamanında onu
haqqda düşünərək arzusuna çatmağa qadir ola bilərlər. İdmançı hər an sevdiyi
peşəsini həyatının əsas məqsədi olduğunu düşünməlidir.Yalnız bu halda o peşə
kamilliyinə malik ola bilər.Bilməliyik ki, həyatda axtarışla və arzusuyla yaşayan
insan gec tez öz arzusuna çatır.Bunun üçündə biz idmançılarımıza böyük arzularla
yaşamağı öyrətməli, arzularına çatmaq inamını onlarda bacarmalıyıq. Bunun üçün
idmançıya hər günki məşqində əl çatmaz zirvədə yerləşən arzusuna bir pillə
yaxınlaşdığını vizual olaraq göstərmək lazımdır.Mən isə bunu hər günki məşqimdə
köklənmənin sonunda vizual olaraq xüsusi yolla göstərirəm. Peşə nümunəsini mən
bir neçə yolla tədris edirəm: Nəzəri tədrislə – Təsəvvürdə və adından məlum
olduğu kimi nəzərimizlə (yəni gözlə baxaraq) tədris edirəm. Praktik tədrislə –
Təqlid yoluyla və eyni zamanda tərəf müqabiliylə tədris etməklə.
İndi isə istərdim peşə düşüncəsinin sadə bir dərsini nəzəri və praktik olaraq sizə
təqdim edim. İdmançılar xalça üzərində bardaş vəziyyətində oturaraq onlarla
üzbəüz dayanmış tərəf müqabilinə öz diqqətlərini yönəldirlər. Əgər tədris idmanda
duruşlara aiddirsə qarşıda dayanmış tərəf müqabili İdmançılar qarşısında tədris
olunacaq duruş vəziyyətində 1-dəqiqə donmuş vəziyyətdə dayanır. Oturmuş
idmançılar diqqətlərin ona toplayaraq duruş vəziyyətindən mümkün imkanları
görür, beyində təhlil edərək o anda olan ən düz variantı seçir. Tədris ilk olaraq
nitqlə, sonra praktik olaraq nümayişlə təqdim olunur ki, bu anda idmançının
düşüncəsində əbədiləşərək qalır. Ancaq mübarizədə bu bilik vaxtında öz işini görə
bilir. Bildirirəm ki, bu tədris üsulu idmançını peşəsinin biliyini daha tez və daha
kamil bilməsinə çox böyük təsir göstərirki bunuda tədrisimizin vacib bir yolu
hesab edərək tətbiq etsək biz idmançılarımızın yeni bir üsulla tədrisini yaratmış
olarıq. Düşüncə tədrisinin bugünki idmanda nə qədər vacib olduğunu biz müəllim
məşqçilər qəbul etsək inanıram ki, məşqlərimizdə tətbiq edərik. Axı bu gün güləş
güc mübarizəsindən əqil və əsəb mübarizəsinə çəkmişdir ki, onuda qəbul edərək
idmançıları ilk olaraq enrergetik hazırlığa yönəltmək lazımdır. Sonda onu demək
istəyirəm dünyanın və peşəsinin sirlərin nə qədər mümkünsə özümüzdən sonrakı
nəsilə tez açaraq göstərsək və tədris etsək onlar tezliklə həyat yüksəliş və
uğurlarına malik ola bilər. Gənclərimizi düzgün açılmış və təqdim olunmuş dünya
sağlam mənəviyyata, qaranliq və sonu görünməyən dünya xəstə mənəviyyata

malik etmiş olar. Diqqət etmiş olsaq görərik ki, bu iki inkişafın ikisidə tədrisdən
yaranır. Bunun üçün düşüncəmizi gücləndirməliyik ki, düzgün seçim edək…

Kazım Əliyev