İdmanda duyğu və qəbuletmənin rolu.

5 min read


Duyğu və qəbuletmə adi hissiyat prossesi olaraq nəticədə insana üzvləri tərəfindən
öz orqanizmi və ətraf mühüt haqqda informasiya almaq imkanı verir. Duyğu və
qəbuletmədə əqli bacarıqların biri olaraq bu prosses insanın emosianal halını
müəyyənləşdirir. Ümumilikdə deyə bilərik ki insanın fəaliyyəti onun duyğu və
hissləri əsasında həyata keçirilir. Bilməliyik ki, eyni zamanda duyğu və hisslər elə
bir mexanizmdirki, insana imkan verir özünü idarə etsin, öz fəaliyyətini
tənzimləsin və öz fəaliyyəti ilə başqalarını idarə etsin. Elə bu fikrin əsasında demək
olar ki, “qeyri adi idmançı hazırlamaq üçün onda ilk öncə qeyri adi duyğu və qeyri
adi bacarıq aşılamaq lazımdır” . Əgər biz eksperiment olaraq insana ətraf mühütü
və hissetmə imkanından təcrid etsək o bu halda heç bir fəaliyyət göstərməyə qadir
olmayacaqdır. İnsanı xüsusi təcrübədə bütün duyğu və hisslərdən
kənarlaşdırmışlar. Bu halda beyində heç bir hərərkət qeydə alınmamışdır və insan
yatmışdır. Bu isə bir daha duyğu və hissin insan fəaliyyətində nə qədədr vacib bir
psixi prosses olduğunu göstərir. Biz bu prossesi görmə, eşitmə, dəri , iybilmə,
dadbilmə, hərəkət və s. analizatorlarla duyaraq qəbul edib fəaliyyət göstəririk.
İdmanda idmançını bu duyğu və hissləri idarə etmək bacarığına malik etməklə və
onda bu hissi gücləndirməklə onun peşə ustalığını artırmış oluruq. İdmançıda
mübarizədə vaxtı duyaraq enerji sərfini düzgün bölmək mübarizədə mane olan
qıcığlandırıcı səslərdən ayrılmaq, duyğu və hissləri idarə etmək bacarığına
idmançını malik etsək bu halda idmançını psixoloji hazır idmançı hesab edə
bilərik. Bu fikirlərdən isə biz onu deyə bilərik ki, ə\gər biz duyğu və hisslərimizi
idarə edə bilməsək duyğu və hisslərimiz bizi idarə edəcək. Biz duyğu və
hisslərimizin hərəkət fəaliyyətimizdə roluna baxsaq onu görərik ki, idmançının
fəaliyyəti ilk növbədə hərəkətlərdən ibarətdir. Bu hərəkətləri tənzimləməyi
idmançıya tədris etməklə biz onda operativ fikirləşmə, düzgün qərar çıxartmaq
bacarığı kimi vacib bir keyfiyyəti yaratmış oluruq. Biz bilməliyik ki, bəzi idman
növləri xüsusi ilədə tək mübarizlik və bütün idman oyunları situasion idman
növləridir. Bu idman oyunlarında situasiya elə bir sürətlə dəyişir ki, idmançı bir an
içində daxilindən və xaricindən aldığı informasiyaları alaraq təhlil edərək düzgün
qərar çıxartmaq bacarığına malik olmalıdır ki, bunu da idmançıya məşqlərdə
idmançıda aşılamaq lazımdır . Eyni zamanda da duyğu və hisslər insanı bütün
həyat prosessində müşaiət edir . Ona görədə aqillərin dediyi bir çağırışda deyilir :
Əyər xoşbəxt və firavan həyat quraraq yaşamaq istəyirsənsə daima 3 duyğu və
hisslə yaşa.Şən əhval ruhla, ibadətlə, gözəl duyğu və hisslərlə. Biz bilməliyik ki
idmanda duyğu və hissləri idmançıda tək peşə tədrisi ilə yox bu hissləri mənəvi
yanaşmaylada yaradıb gücləndirməliyik. Belə ki, idmançının tədrisində əyər
mənəvi tədrisə yer verilmişdirsə bu halda onun həyatla qarmoniyada yaşamasını

təmin etmək üçün onda əməyə yaradıcı tərbiyyə hissi yaratmaq lazımdı ki bu
halda onda hətta cansız daşında danışdığını duyma hissini aşılamaq olar. Eləcədə
idmançının mənəvi yüksəlişini təmin etməklə onun həyat gözəlliklərindən və öz
əməllərindən həzz, duyğu və hissini almaq imkanına malik etmək olar. Bildirirəm
ki, bu duyğu və hissləri isə ona zaman-zaman aşılamaq mümkündür. Bu duyğu və
hissləri qısa zamanda idmançıda aşılamaq mümkün deyildir. Onu da deməliyəmki
gözəl duyğu və hissləri : sevgi, məhəbbət, qayğı və ünsiyyət kimi və s. hissləri
idmançıya təkcə nəzəri dərslərdə tədris etməklə kifayət mümkün deyildir.
İdmançıya bu həyatı yaşatmaqla onda bu hissləri yaratmaq mümkündür.
Bildirirəm ki, mən klubda idmançının duyğu və hisslərini gücləndirmək məqsədi
ilə bele bir eksperiment etdim : 40 nəfər idmançıya el arasında ətirşah adlanan evdə
becərilən gül hədiyyə etdim. Bu gülləri müəyyən vaxtda kluba gətirdərək onların
hansının daha yaxşı qayğı gördüyünü müəyyən edirdim. 1 il keçdikdən sənra
müəyyən olduki güllərin 50%i baxımsızlıqdan məhv olub. Yəni duyğu və hissdən
uzaq olduğu üçün xarab olub . Gülləri xarab olanların isə, hətta özlərinin – 30%
idmandan uzaqlaşdılar. Mən müəyyən etdimki bu 30%-də ailədən, duyğu və
hisslərdən və qayğıdan kənar qalanlardır. 50% idmançı gülü ilə bugündə qayğı
göstərərək yaşayan çox böyük həvəslə məşq edən idmançılardır . Mənim
məqsədim bu eksperimenti etməkdə ondan ibarət idiki idmançıda bu yolla peşəsinə
dünyaya və nəhayət insanlığa məhəbbət hissi yaradım.
Sonda onu demək istəyirəmki, eksperiment onu göstərdiki adi bir ev gülünün
həyatımıza daxil olması bizi duyğu və hisslərə malik etdirir və başqalaşdırdı. O
hisslər isə həm bizi həm də həyatı yaşadan hisslərdir. Mən inanıramki, yüksələn və
daima güclənən duyğu və hisslər vaxt gələcək idmançılarımıza o anımı və duyğunu
çatdıracaq : “Yer üzündə hər bir canlının bizim qədər yaşamaq hüququ var”. Mən
deyərdim bu duyğu və hiss insanı insan edən bir çağırışdır mən istərdim bu
çağırışı və hissi bütün yeniyetmələrimizin qəlbində yaradaq və yaşadaq.