İdmanda əqlin və ruhun yaradıcı enerjisi

5 min read


Bilməliyik ki, insan zəkası tükənməz yaradıcı enerjiyə malikdir. Yaradıcı enerjiyə
insan düzgün mənəvi, əxlaqi və iradi dəyərlərə malik olduqda qadir ola bilər. Ancaq
insan düzgün olmayan dəyərlərə malik olduqda isə dağıdıcı enerjiyə malik olur.
Bu gün bu enerjinin yaradıcı olması bütün bəşəriyyətin arzusu və məqsədidir ki,
bunada idmanla və Olimpiya hərəkatı ilə nail olmağa çalışırlar.
Hələ yüz illiklər bundan qabaq şərq alimləri əqli və ruhu birliyin yaradıcı enerjiyə malik
olmasının dialektik baxımdan mümkünlüyünü öz əsərlərində göstərmiş və
təsdiqləmişlər və insanın bu halında qeyri-adi bacarığa malik olduğunu söyləmişlər.
Bu enerjinin axtarışını və istifadəsini hələ iyirminci əsrin əvvələrində 1920-ci ildə
bolşeviklər professor B.M,Bexterevin gizli labarotoriyalarında tədqiq edib öyrənmişlər.
Onlar bu enerjini inqlabın xeyrinə işlətmək məqsədi ilə tədqiq etdiklərini bildirirdilər.
Onların tədqiqatlarından çıxan nəticədə isə deyilirdi ; İnsan çox böyük psixi enerji
potensialına malikdir və bu potensialla insanları idarə etmək bacarığına malik olmaq
mümkündür.
Ancaq bilməliyik ki, tək-tək insanlar bu enerjidən istifadə etməyə qadirdir. Sözsüzdür
ki, bu gündə bu enerjidən həyatımızın müəyyən sahələrində istifadə olunur və biz
insan olaraq bu enerjiyə malikik. Belə insanların beyni xüsusi dalğalar ötürə bilir ki,
bunun nəticəsində də insanda uzaqgörənlik, telepatiya, telegenez, hipnoz və başqa
qeyri-adi bacarıqlar yaranır.
Bilməliyik ki, alimlər bu enerjini insan psixikasından yarandığını bildirirlər. Psixika isə
əqlin və ruhun bircə fəaliyyətindən yaranır.
Mən inanıram ki, psixi enerjinin yaradılmasını və idarə olunmasını bir çox ölkələrdə
idman sahəsində də istifadə edirlər.
Biz idmanda, xüsusilədə təkmübarizçilikdə idmançının öz rəqibini xüsusi təsir altına
alaraq öz iradəsinə tabe etmək bacarığına malik olduğunun şahidi olmuşuq.
Bilməliyik ki, idmanda iki enerjidən istifadə edilir;
1.Psixi enerjidən
2.Fiziki enerjidən
Bu enerjilərin bir-biriylə vəhdət halında mübarizədə işlədilməsi idmançıya yaradıcı və
tükənməz enerji verir ki, buda qələbənin əsas səbəblərindən biridir.
Yox əgər idmançı tək fiziki enerjisiylə mübarizəyə daxil olursa o görüşün artiq ilk
dəqiqəsində öz enerjisinin tükəndiyini hiss edir.

Bununla deyə bilərik ki, biz idmançılarımızın əsas enerjisi olaraq psixi enerjini
saymalıyıq. Bu enerjini istənilən vaxt yaratmağa və onu idarə etmək bacarığına qadir
etməliyik.
Bu gün idmanımızda bu enerji haqqda heç bir anlayış belə yoxdur.
Bu enerjinin artırılması və yaradılması idmançının həyatla harmonik yaşamasından
yaranır. Eləcədə Vətəninə, xalqına, torpağına məhəbbətindən və sair duyğu və
hisslərindən yaranır.
Əgər idmançı səhər-axşam zalda məşq edərək öz bacarığını artırmaq
üzərində çalışırsa, bu halda heç bir mənəvi qida almırsa, demək o psixi enerjiyə qadir
olmayacaqdır. Demək o, öz hazırlığının üzərində düzgün işləmir və mübarizədə artıq
o, öz rəqibindən psixi enerjidə zəif olacaq, bu da məğlubiyyət deməkdir. Bildirirəm ki,
biz idmançıda “Qız Qalası”nın tarixiylə onda tariximizə fəxr yaratsaq artıq onda psixi
enerjinin yaranmasını yaratmış olariq.
ilk baxışdan deyə bilərik ki, adi qalanın və ya vətənpərvərlik hissinin psixi
enerjiyə nə dəxli var, ancaq biz bu halda səhv etmiş olarıq. Bilməliyik ki, psixi enerjini
tək canlı təbiətlə yox, həm də bizi əhatə edən materiyanın kiçik zərrəciklərindən belə
alınması mümkündür. Psixi enerjini eləcə də, həyat davranışımızdan, əməlimiz olan
xeyriyyəçilikdən və başqa əməllərdən almaq mümkündür. Bununla görürük ki, psixi
enerjinin mənbəyi də özü kimi tükənməz və sonsuzdur. Bu enerji mənbəylərinin
həyatda da, mübarizədə də hər birinin öz rolu və funksiyası var.
Idmançını psixi enerji qüdrətinə qadir etmək üçün onda mənəvi, əxlaqi və iradi
kamillik yaratmaq lazımdır. Bununla onu demək istəyirəm ki, insanı həyatında da,
idmanda da yüksəldən əsas səbəblərdən biri onun kamil psixi enerjiyə və özünü
idarə etməyə malik olmasıdır.
Biz enerji dedikdə, materiyanın hərəkətdə olan bir formasını başa düşməliyik.
Bilməliyik ki, enerji mübarizədə tükənir və onun şüurlu surətdə bərpa olunması
yoillarını idmançıya öyrətməliyik. Onun praktik olaraq idmanda tətbiq edilməsini
birinci dərəcəli tədris kimi qəbul etməliyik.
Bildirirəm ki, əqildə yaranan psixi enerji özlüyündə neqativ və pozitiv enerji
deyildir, sadəcə biz öz düşüncəmizlə onu müsbət və mənfi enerjiyə çeviririk.
Beləliklə biz idmançıya əqlin yaradıcı enerjisini yaratmaq bacarığını
mənimsətməklə ona məğlubedilməzlik bəxş etmiş oluruq, xüsusilədə psixi və fiziki
enerji birliyindən yaranan müştərək enerjiylə. Müştərək enerjini yaratmaq və istifadə
etmək bacarığı idmançıya eyni zamanda yüksək mübarizə hazırlığl yaratmaq və idarə
etmək bacarığı verir, buda mübarizədən qalib çıxmaq deməkdir.
Sonda bildirirəm ki, əgər bizim məşqçilər öz yetirmələrini tək fiziki enerjiylə
yox, eyni zamanda da psixi enerjiylə təmin edə bilsələr bu halda bu idmançıların
qarşısında heç bir rəqib idmançı tab gətirə bilməz.

Sonda demək istəyirəm ki, “ gəlin idmanımıza əqlin və ruhun yaradıcı enerjisini
verək!”…

Kazım Əliyev