İDMANDA KÖKLƏNMƏ

6 min read


Köklənmə proqramlaşdırılmış məqsədyönlü fəaliyyətdir ki, görüləcək işin yüksək
dərəcədə icrasına imkan verir.
Bildirmək istərdim ki , köklənmə dedikdə hamı ancaq mübariziyə köklənməni başa
düşür
. Deməliyəm ki, köklənmə əslində hər hansı bir işi həyata keçirdikdə və fikri izah
etdikdə insana lazımdır.
Belə ki, əgər diqqət etsək görərik ki, dinimizdə də deyiləcək hər bir fikrin və
görüləcək hər bir işin əvvəlində “Bismillahir – rəhmanir-rəhim” sözləri (yəni Bağışlayan və
mehriban Allahın adı ilə) deyilir. Bu söz reflektor olaraq insanın əqlin, diqqətin, ruhun və
cismin görəcək işə səfərbər edir.
Bildirirəm ki, böyük rus filoloqu İ.P.Pavlov öz tədqiqatlarından belə bir nəticəyə
gəlmişdir : “Söz qədər insanın mərkəzi sinir sisteminə reflektor təsir edə biləcək ikinci
bir böyük qüvvə yoxdur” .
Öz dini tariximizdə əziz Peyğəmbərimizin rəhbərliyi ilə üç min nəfərlik ordu ilə on
min n
əfərlik orduya qalib gəlməsi yüksək səviyyəli köklənmənin nəticəsidir. Belə ki, onlar
mübarizədən qabaq namaz qılaraq qarşılarındakı məqsədi aydın görərək, öz mübarizələrinə
başlayıb qalib gəlmişlər.
Həyatda hər bir peşənin köklənmə üsulu vardır. Mən isə sizinlə idmanda olan
psixoloji köklənmə haqqında fikrimi bölüşmək istəyirəm. İdmanda olan psixoloji
g
ərginliyin yüksəkliyini nəzərə alsaq deməliyik ki, psixoloji köklənməni idmanda daha çox
tətbiq etmək lazımdır. Mənim fikrimcə idmançıya üç əsas köklənməni öyrətmək lazımdır.
1. Məşqə köklənmə.
2.
Yarışa köklənmə.
3. Mübariz
əyə köklənmə.
Dem
əliyəm ki, köklənmə nəinki idmançıya, eyni zamanda məşqçiyə də lazımdır.
Belə ki, məşqçi dərs keçməyə hazırlaşanda özünü görəcəyi işə kökləsə məşqin daha
yüksək icrasına nail ola bilər.
Bununla da məşqçi qarşıdakı yarışa idmançıları hazırladıqca özünü də həmin
yarışdakı iştiraka kökləməlidir.
Lakin idmançı
ilə məşqçinin köklənməsi bir – birindən fərqli olmalıdır. Çünki
m
əşqdə də, yarışda da idmançə ilə məşqçinin vəzifələri ayrı – ayrıdır.
İndi isə mən “İgid” idman klubunda idmançıların köklənmə üs
ulu ilə sizi tanış etmək
istəyirəm .
1. Məşqə köklənmə – hər gün məşq başlamamış idmançı öz idman paltarını
geyinərək zala daxil olduqda döşəyin bir tərəfində oturaraq özünü bu günkü məşqinə
kökləyir. Bu aşağıdakı sözlər və fikirlərlə müşaiət olunur. Mən bu günkü məşqimi
başlayıram!
Özümü yaxşı hiss edirəm
!
M
əqsədim bu günkü məqsədə öyrəniləsi və artırılası nə varsa artıqlaması ilə
mənimsəməkdi. İlahi, qarşıya qoyduğum məqsədə çatmaqda mənə kömək ol!
Bu işdə
mənə əngəl ola biləcək maneələri dəf etməkdə sən özün yardımçı ol!
Dualarımızı qəbul et . Ya Rəbbim, sənsən hər bir şeyə qadir olan!
Amin!
Yarışa köklənmə ritualı məşqin axırıncı günü, məşqin sonunda həyata keçirilir.
Bunun üçün zalda olan bayraq salınır və idmançılar
birbir yaxınlaşıb xüsusi mətn deyərək,
bayrağı öpüb özlərini yarışa kökləyirlər. Bu ritualı idmançının həm yarış andı kimi, həm də
yarışa kö
klənməsi kimi qəbul etmək olar.
Bu kökl
ənmə aşağıdakı kimi səslənir :
Döşəyə çıxarkən rəqibin kim olmasından asılı olm
ayaraq, qələbə əzmi ilə mübarizə
aparacağıma, vətənin və komandanın idman şərəfini son saniyəyə qədər qoruyacağıma and
içirəm !
Deyilmiş köklənmənin nəticəsində idmançı yarışdakı
mübarizədə özünü çox inamlı
və vətənə, komandasına layiqli bir oğul kimi aparır, eyni zamanda bütün imkanlarını yüksək
səviyyədə göstərir.
Üçüncü köklənmə – mübarizə köklənməsi idmançının çıxışına bir neçə dəqiqə
qalmış
müstəqil olaraq idmançı tərəfindən həyata keçirilir. Belə ki, idmançı bədənini
mübariz
əyə hazırladıqdan sonra sakit bir tərəfə çəkilərək aşağıdakı sözləri deyir:
İndi mənim növbəmdir
öz sözümü deməyə!
İndi mən gözəl və fantastik, təkrarolunmaz bir güləş göstərəcəyəm! Elə bir güləş ki,
üslub gözəlliyindən bütün baxanlar heyran qalsın! Elə bir güləş ki, nərəsindən bütün dağlar
lərzəyə gəlsin!
Beynim aydın və işıqlıdır!
Bədənimdə bir günəş hərarəti hiss edirəm! O artırartır, mənə qarşısı alınmaz bir sel
qüvv
əsi verir!
Mən artıq hazıram, heç kimi eşitmirəm, heç kimi görmürəm!
İrəli
!
Bu halda idmançı aləmdən ayrılaraq ancaq özünə diqqətin yönəldir. Mübarizə
başladıqda isə
diqqəti rəqibə və özünə yönəldirlir.
Qeyd etm
əliyəm ki, hər bir idman növündə özünə məxsus ritual və köklənmə
mətni olmalıdır. Belə ki, komanda oyunları və təkmübarizlik idman növləri hər bir
idmançıdan idmanın qanununa uyğun diqqət
tələb edir ki, bu da köklənmədə nəzərə
alınmalıdır. Hər mübarizənin özünə uyğun mətni və ritualı olmalıdır.
Misal: Futbolda komandanı bir yerdə bütöv bir orqanizm kimi saymaq lazımdır.
Onların kök
lənməsi tək-tək individual olduqdan sonra komanda halında bütöv birlikdə
köklənməsi vacibdir.
Lakin tək mübarizlikdə isə hər bir idmançı fərdi olaraq özü – özünü kökləyir.
Bununla demək istəyirəm ki, hər bir idman növünün özünün fərdi köklənmə üsulu olmalıdır.
Bildirirəm ki, köklənmə prosesi zamanı deyilən mətn idmançının əqlindən ,
ruhundan və cismindən keçərək bu üçlüyün birliyin yaradır ki, bu da idmançının yaradıcı
mübarizəsi ilə nəticələnir.
Bu halda idmançı yüksək
dərəcədə özünü idarə etmək bacarığına malik olur.
Sonda mən böyük rus alimi İ.M.Secenovun tədqiqatlarından çıxan nəticəni demək
istəyirəm. Belə ki, o belə bir nəticəyə gəlmişdir ki, insan koordinasiyasını onun psixoloji
hazırlığı tənzimləyir.
Bununla fikrimi tamamlayaraq onu demək istəyirəm ki, insan həyatın hər bir
sahəsində görəcəyi işə və deyəcəyi sözə kökləməlidir ki, onu yüksək dərəcədə icra edə
bilsin.

“İgid” professional
güləş klubunun sədri : Əliyev Kazım Oruc oğlu