İdmanda məşqçi və idmançı intelekti

7 min read


Biz bilirik ki, məşqçi və idmançı yarış və məşq dövründə bir çox problemlərlə
üzləşir və bu problemləri həll etmək məcburiyyətində olur ki, bu da onların intelektual
səviyyəsi və hazırlığı hesabına həll edilir.
Bilməliyik ki, məşqçi intelektsiz olduqda idmançınında intelekti çox aşağı olur.
Əksinə məşqçi intelekti yüksək olduqda isə nəinki idmanda eyni zamanda da həyatın
başqa sahələrində müvəffəqiyyətlər qazanmağa qadir olan idmançılar yarada bilir ki,
bu da cəmiyyətdə sağlam qüvvələrin yaranmasını təmin edir.
Belə məşqçilərdən biri olan yüngül atletika üzrə məşhur rus məşqçisi
V.İ.Alekseyevi göstərmək olar. Onun tələbələrinin əlli nəfəri elmlər doktoru və
namizədi olmuşlar. Onlar tək idman sahəsində yox, həm də başqa-başqa elmi
sahələrdə buna nail olmuşlar. Bildirirəm ki, valideyn və ya hər hansı bir komanda
rəhbəri məşqçi axtarışına çıxdıqda əsas seçimi məşqçinin intelekti üzərində
etməlidirlər, fiziki görünüşü üzərində yox.
Dahi məşqçilərdən biri demişdir; “Mənə düşünə bilən gənc verin mən ondan
idmançı hazırlayım”. Məşqçi onu demək istəyir ki, idmanda güc və texnika sonradan
verilir. Ancaq əqli inkişafın əvvəldən olması qələbəyə aparan yolun təməlidir.
Bu fikir onu göstərir ki, məşqçi intelekti yüksək olduqda o idmançınıda fiziki
qabiliyyətinə görə yox, intelekt səviyyəsinə görə qiymətləndirir və məşqini intelekt
üzərində qurur.
Bildirirəm ki, məşqçi idmançı axtarışında çox vaxt fiziki cəhətdən sağlam, işlək
uşaqları seçməyi xoşlayır. Ancaq yaradıcı və ağıllı uşaqları bəzən, hətta sevmirdə.
Ancaq həyat və elmi təcrübələr göstərir ki, idmanda əsas nəticələri ağıllı və yaradıcı
uşaqlar göstərir. Biz onuda bilməliyik ki, əgər idmançının intelekti və əqli inkişaf
səviyyəsi aşağıdırsa, artıq o idmançını yüksək idman ustalığı səviyyəsinə qaldırmaq
mümkün olmur. Elə bunun nəticəsidir ki, inkişaf etmiş ölkələrdə idmançının hazırlığı
səviyyəsini onun intelekt səviyyəsi ilə qiymətləndirirlər.
Amerikan psixoloqu Oqlvi tədqiq edərək müəyyən etmişdir ki, amerikan yığma
Olimpiya komandasının intelekti yüksək səviyyədə hazırlığa malik olan institut
tələbələrinin hazırlıq intelekti səviyyəsindədir.
Intelekt haqqda SSRİ çempionu N.Korolev deyir; “Mübarizədə qələbənin əsası
əqildir. Texnika isə bir silahdır ki, bu da əqilnən idarə olunur.” Bununla demək
istəyirəm ki, idmanda ilk növbədə intelekt məşqçidə yaradılmalıdır və illərlə bu
intelekt idmançıya verilməlidir. Ona görədə bildirirəm ki, zəif idman növlərini ancaq
güclü məşqçi intelektiylə qaldırmaq mümkündür ki, bunuda xüsusi nəzəri və praktik
seminarlarla və xüsusi təkmilləşdirmə kurslarının təşkili ilə həyata keçirmək
mümkündür.

Bildirirəm ki, idmançının fiziki hazırlığını hələ mübarizə başlamamış qıraqdan
vizual olaraq baxmaqla müəyyən etmək mümkündür.
Ancaq intelektual hazırlığının səviyyəsini isə onun mübarizəyə başladığı vaxt
müəyyənləşdirmək mümkün olur.
Bilməliyik ki, əgər idmançı öyrəndiklərini göz yaddaşı ilə öyrənirsə o dərk
etmək, təhlil etmək, eləcədə yaradıcı təfəkkürə qadir olmayacaqdır. Beləliklədə belə
idmançılar bir çox hazırlıqlara yüksək səviyyədə hazır olsalarda onlar operativ
fikirləşən düzgün qərar çıxaran və yaradıcı qabiliyyətə malik olan idmançılara
mübarizədə uduzurlar. Sözsüzdür bu məğlubiyyətin səbəbini əsasən məşqçi görüb
növbəti məşqlərdə aradan qaldırmalıdır. Ancaq əgər məşqçinində intelekti aşağıdırsa
o bu çatışmamazlıqları görə bilmir və bu məğlubiyyəti ya təsadüf, ya
bəxtigətirməməzlik, ya da hakimlərin ucbatından olduğu kimi əsaslandırır. Belə
məğlubiyyətlərin bir neçə dəfə təkrarlanması nəticəsində istedadlı idmançı olmasına
baxmayaraq idmançı özünə və məşqçisinə inamını itirərək idmandan vaxtından tez
uzaqlaşır. Məşqçi isə özünün çox güclü məşqçi olduğuna hələ də inanır , və bu
inamda onda intelektin aşağı səviyyədə olmasından yaranır.
Peşəsinin nə qədər müqəddəs və məsuliyyətli olduğunu duyub dərk etməyən
məşqçilərin idmanımıza yeni bir nəfəs verəcəyinə inanmaq mümkün deyildir.
Bilməliyik ki, biz idmanda reformanı məşqçinin və idmançının peşəsini
sevməsindən və o peşənin insanlıq, eləcədə millət üçün nə qədər müqəddəs və
məsuliyyətli bir peşə olduğunu dərk elətdirilməsindən başlamalıyıq.
Əgər biz idmanın tədrisində olan altı hazırlığın hər birinə nəzər salsaq görərik
ki, bu tədrisin hər biri ayrı-ayrılıqda böyük intelekt tələb edən elmdir. Bu elmin
tədrisini kamil ola bilə məşqçi idmançını usta idmançı zirvəsinə qaldırır, yarımçıq olan
məşqçi isə orta idmançı səviyyəsinə qaldırır. Ancaq baxmayaraq ki, bu idmançıların
qabiliyyət və bacarıqlı bərabər səviyyədə olur. Burada bu idmançıların səviyyələrinin
fərqli olmasının səbəbini isə biz onları hazırlayan məşqçilərin intelekt səviyyələrinin
fərqli olmasında görməliyik. Bildirirəm ki, rus xalq atalar misalı olan “Güc var, ağıl
lazım deyil” misalının artıq düzgün misal olmadığı çoxdan sübut olunmuşdur. Biz
bilməliyik ki, gücün nücə, nə vaxt və hara sərf edilməsini əqil idarə edir ki, idman
qələbəsi əldə edilsin.
Biz bunuda bilməliyik ki, yığma komandalarımızın intelekti ölkə komandalarının
intelekti olmalıdır. Bu inkişafın qanunudur, əgər ölkə komandaları yığma komandadan
bəhərlənərək öz inkişafını təmin etmirsə, demək biz özümüzdə dərk etmədən öz
inkişafımızı saxlayırıq.
Sonda nəticə olaraq belə bir fikirə gəlmək olar ki, idmançıda, idmanıda,
dünyanıda, həyatda idarə edən gözə görünməz intelektdir. Bu gün elmi-texniki
tərəqqi də, sivilizasiya da əqlin yaradıcı qüvvəsindən yaranır. Bunu inkar etmək qeyri

mümkündür. Ona görə də həyatımızın əsas sahəsi sayılan idmanda əqlin qüvvəsini
inkar etmək yol verilməzdir.
Idmançının şəxsiyyət kimi formalaşaraq qarşısına çıxan bütün problemləri
özünə məxsus bir yolla dəf edərək idmanın yüksək zirvəsi sayılan Dünya və Olimpiya
çempionu olması da əqlin qüvvənin hesabınadır.
Beləliklə nəticə olaraq deyə bilərik ki, məşqçi intelekti idmançı intelektini
yaradır.
Təklif edirəm:
Gəlin əqlin yaradıcı enerjisini idmanımızda gücləndirək.
Gəlin milli hisslərimizi, mədəniyyətimizi və incəsənətimizi özündə tərənnüm
edən idmanımızı qoruyaq və nəsildən-nəsilə pak və sağlam verək.
Bu halda biz bir millət kimi özümüzü qorumuş və dünyada təsdiqlənmiş
qüdrətli bir millətə çevirə bilərik. Intelekt isə elə bir nurdur ki, bütün bəşəriyyət onun
nuru ilə irəliləyir və bəhrələnir. İstərdim bizdə gənclərimizin zəkasında bu nuru əbədi
işıqlandıraq.