Ölkədə uşaq idmanının təşkili.

5 min read

Ölkədə uşaq idmanının təşkili.

 

İdman insanı həyata hazırlayan şəxsiyyət zirvəsinə yüksəldən, eləcə də kimliyini bütün dünyada bəyan etməyə qadir edən vasitədir. Biz bu gün görürük ki, inkişaf etmiş ölkələrdə uşaq ağzında soska əynində kimano idman zalında məşq edir. Bizdə isə 10-12 yaşından güləşə götürürük.

Biz bu vasitədən insanlığın daimi yüksəlişini təmin etmək üçün istifadə etməklə əbədi olaraq nəsildən nəsilə yüksəlməyimizi təmin etmiş olarıq.

Yox, ancaq idmana biz bu gün ədəbiyyatlarımızda olan təriflə baxsaq, insanlığa idmandan heç bir fayda olmayacaq. O, bir şou kimi həyatda fəaliyyət göstərəcək.

Tərifdə deyilir:

İdman xüsusi qanunlardan ibarət olan şəxsiyyətlər arasında əqli, ruhi və cismi fərqi müəyyənləşdirən məşğuliyyət və ya oyundur. Bildirirəm ki, biz idmana necə baxsaq idman da bizə elə baxacaqdır. İdman heç bir vaxt məşğuliyyət və oyun olmamışdır.

İstərdim ki, bu məqaləmdə idmana həyata şəxsiyyət hazırlayan bir vasitə kimi baxaq.

İndi isə baxaq görək uşaq kimdir, uşaq idmanı nədir və onun ölədə təşkili bizə nə verər? Bugünki uşaq sabahımızın gənci, valideyn, baba və nənələridir.

İlk növbədə bilməliyik ki, insanın uşaqlıq dövrü insanın məktəbə qədərki dövrünü əhatə edən yaş dövrüdür. Bu dövrdə 3 və 6 yaşına qədər yaş dövrü hesab edilir. Bu dövr insanın həyatda aldığı informasiya sıxlığı onun qalan ömründəki aldığı informasiyadan daha çox olmuş olur. Bu isə o deməkdir ki, biz öz övladlarımızın həyata hazırlanmasını nə qədər tez başlamış olsaq bu halda övladlarımızda intellektual yüksəliş və bir çox bilik və bacarıqlar yaratmış olarıq. Biz ölkədə uşaq idmanının kütləvi vüsat almasını təşkil etməklə gələcək nəslin sağlam mənəvi və fiziki təməl üzərində yüksəlişlərini yaratmış olarıq. Uşaq idmanının ölkədə təşkilinin əsas hissəsi bu idmanın yüksək elmi əsaslarla  plan və proqramlarının tərtib edilməsidir. Birdə hazırlığı keçməyə yüksək səviyyəli mütəxəssislərin hazırlanmasıdır.

Mənim fikrimcə uşaq idmanının plan və proqramı aşağıdakı məqsədlər əsasında tərtib edilməlidir:

  1. Sağlamlığın mənəvi və fiziki yüksəliş üzərində yaradılması.
  2. Əqli və fiziki aktivlik əsas məqsəd olaraq hazırlıqda rol oynamalıdır.
  3. Uşaqda liderlik və birincilik, hazırlıqda dominantlıq etməlidir.
  4. Uşaqlarda yaradıcılıq, fantaziya və yenilik kimi keyfiyyət aşılanması nəzərə alınmalıdır.
  5. Uşaqda məqsədyönlülük və həyat məqsədinin aşılanması tədrisin əsas məqsədi olmalıdır.
  6. Dünyada öz sözünü deyən və öz gələcəyini görən şəxsiyyət formalaşmasını təmin edəcək gözəl nitq mədəniyyəti kimi keyfiyyəti uşaqda yaradan proqram tərtib edilməlidir.
  7. Uşaqda yüksək mənəviyyat, gözəl əxlaq və möhkəm iradənin aşılanması prioritet məqsədlərdən biri kimi onun tədrisinə daxil edilməlidir.
  8. Proqramda özünü nəzarət, diqqətin idarə edilməsi və əqlin başqa bacarıqlarının yüksəlişini yaratmaq əsas məqsəd kimi hazırlığa daxil edilməlidir.
  9. Proqram uaşqda ruhi hisslərin və bacarıqların aşılanmasını da təmin etməlidir.
  10. Bütün bu hazırlıqların yaradılması eyni zamanda uşağın böyük idmana və onun həyata hazırlığı kimi bir məqsəd daşımalıdır. Bu halda biz idmanda kütləviliyə və əbədi həyat yüksəlişinə nail olmuş olarıq.

Onu da demək istəyirəm ki, planlaşdırılacaq hazırlıqları bütün qruplar üçün tətbiq etmək mümkündür. Bir şərtlə ki, hər hazırlıq qrupuna onun yaş və hazırlıq səviyyəsi nəzərə alınaraq proqram tərtib edilməlidir.

Uşaq idmanının məşqinin vaxtı uşaqların yaş qrupuna uyğun olaraq elmi əsaslandırma ilə müəyyən edilməlidir.

Bu tədris iki yolla həyata keçirilməsi məqsədə uyğun olar:

1 mərhələdə uşaq məşqini açıq havada

2 mərhələdə isə sinif və ya zal şəraitində davam etməsi məqsədə uyğun hesab edilə bilər. Biz uşaq idmanını isə qrup olaraq iki qrupa bölə bilərik:

1-ci qrup 3-4 yaşlılar

2-ci qrup 5-6 yaşlılara bölə bilərik

Biz uşaq idmanını yaratmaqla Vətənə və insanlığa ali, kamil və qüdrətli insan vermiş olarıq. Onu da demək istəyirəm ki, hələ IV və V əsrlərdə yaşamış dahi filosof Aristotel demişdir:

Dünyaya insan hər hansı bir istedadla gələ bilər, ancaq hələ dünyaya əxlaqla gələn insan olmamışdır. Əxlaq insana verilməlidir, ona cəsarət və cürəti isə əxlaq verir!

Bununla deyə bilərik ki, biz ölkədə quruculuq işləriylə bərabər gələcək nəsil tərbiyəsini də əsas prioritet məsələ kimi quruculuq işlərimizlə paralel olaraq həyata keçirməliyik. Bunu isə uşaq idmanıyla başlamalıyıq. Uşaq mərhələli olaraq böyüdükcə öz bilik və bacarığını da yüksəltmiş olur. Bu isə həyatda daima irəlidə getmək deməkdir. Bu prinsipə riayət edən xalqlar ali millətə çevrilir. Ancaq riayət etməyənlər isə heç bir vaxt yüksəlmir.

Gəlin həyat və idman yüksəlişimizi uşaq idmanından başlayaq. Çünki həyatın bir nömrəli işi sağlam övlad və insan tərbiyəsidir.

Hər bir uşağın həyatı idmandan keçməlidir.